ASCO Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürüb

Maliyyə
  • 23 mart, 2020
  • 09:45
ASCO Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Məlumata görə, ASCO Fonda 500 min manat məbləğində vəsait köçürüb. Eyni zamanda, koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və “qaynar xətt” də fəaliyyət göstərir.