Argentina Mərkəzi Bankı uçot dərəcəsini 47%-ə çatdırıb
- 14 aprel, 2022
- 08:43
Argentina Mərkəzi Bankı uçot dərəcəsini 2,5 fazi bəndi artıraraq 44,5%-dən 47%-ə çatdırıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, tənzimləyici qurumun 2022-ci ildə sayca 4-cü faiz artımı qərarıdır.
Bu ilin mart ayında Argentinada inflyasiya fevral ayına nisbətən 6,7% olub ki, bu da 2002-ci ildən bəri ən yüksək aylıq qiymət artımıdır.
Hazırda rəsmi Buones Ayres inflyasiya ilə mübarizə aparmaqla yanaşı, həm də böyük məbləğdə xarici dövlət borcunu qaytarmağa çalışır. Hökumətin Beynəlxalq Valyuta Fondu (IMF) ilə imzaladığı 44,5 milyard dollarlıq borc ödəmə sazişini martın ortalarında ölkə Konqresi təsdiqləyib. Xatırladaq ki, martın 1-də imzalanmış sazişə əsasən, Argentinanın borcunun ödənilməsinə 2026-cı ildə başlanılacaq və proses 2034-cü ildə başa çatdırılacaq.