ARDNF törəmə maliyyə alətlərinə investisiyaları kəskin artırıb, bu alətlər üzrə öhdəlikləri azaldıb
- 19 oktyabr, 2026
- 17:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) törəmə maliyyə alətlərinə investisiyaları 1,134 milyon manat təşkil edib.
"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci il yanvarın 1-i ilə müqayisədə 21,4 dəfə çoxdur.
Əvəzində ARDNF-in ötən il törəmə maliyyə alətləri üzrə öhdəlikləri 378 milyon manat olub ki, bu da 21,6 dəfə azdır.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.