ARDNF rəhbəri "Credit Agricole" bankının baş direktorunun müavini ilə görüşüb

Maliyyə
  • 12 may, 2017
  • 09:41
ARDNF rəhbəri Credit Agricole bankının baş direktorunun müavini ilə görüşüb

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovla Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavini Reji Monfronun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə “Report”a Fondun mətbuat xidmətindən məlumat verilib.

Ş.Mövsümov qonaqlara ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Cənub Qaz Dəhlizi layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Görüşdə ARDNF-nin Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları, “Credit Agricole Corporate & Investment” bankı ilə əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.

44 filmi