ARDNF qızıl külçələrə investisiyaları 2 dəfədən çox artırıb
- 19 oktyabr, 2026
- 17:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrə 47 milyard 707,46 milyon manat təşkil edib.
"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci il yanvarın 1-i ilə müqayisədə 2,3 dəfə çoxdur.
İl ərzində qızıl külçələrin Neft Fondunun aktivlərindəki payı 20,5 %-dən 37,9 %-ə yüksəlib.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.