ARDNF-nin I rübdə Yaxın Şərq regionuna investisiyalarının payı artıb 

Maliyyə
  • 17 aprel, 2025
  • 18:33
ARDNF-nin I rübdə Yaxın Şərq regionuna investisiyalarının payı artıb 

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Yaxın Şərq regionu ölkələrinin payı 0,8 % təşkil edib.

Bu barədə “Report” Fonda istinadən xəbər verir.

2024-cü ilin aprelin əvvəlinə bu rəqəm 0,1 % təşkil edib ki, bu da 8 dəfə artım deməkdir.

Fondun investiisiya portfelində Avropa ölkələrinin payı 30,3 %-dən 29,8 %-ə enib.

Asiya-Sakit Okean regionu ölkələrinin payı 11,8 % olub ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 2,6 faiz bəndi azdır.

Digər regionlardan Şimali Amerikanın payı 30,1 %-dən 26,2 %-ə enib, Avstraliya və Yeni Zelandiyanın payı dəyişməz olaraq 0,7 % səviyyəsində qalıb.

Latın Amerika regionunun payı isə dəyişməyərək 0,1 % səviyyəsində qalıb.

Afrika regionuna yatırılan investisiyaların payı 0,1 %-dən 0,04 %-ə düşüb.

ARDNF-in investisiyalarında beynəlxalq maliyyə təşkilatlarının payı isə 8 %-dən 4,8 %-dək enib.

Qeyd edək ki, bu il aprelin 1-nə ARDNF-in investisiya portfelinin dəyəri 62 milyard 449,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 408,4 milyon ABŞ dolları və yaxud 9,5 % çoxdur.