ARDNF istiqraz yatırımlarının müddət üzrə bölgüsünü açıqlayıb
- 23 iyul, 2026
- 15:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətlərinə yönəltdiyi investisiyaların 14,7 %-i 1 ilə qədər müddətə olan alətlərə yerləşdirilib.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 0,1 faiz bəndi azdır.
Hesabat dövründə 1-3 illik istiqrazların xüsusi çəkisi 0,5 faiz bəndi yüksələrək 30,1 %-ə, 3-5 illik istiqrazların payı isə 0,2 faiz bəndi artaraq 26,4 %-ə çatıb. Müddəti 5 ildən çox olan istiqrazların payı isə 0,6 faiz bəndi geriləyərək 28,8 % səviyyəsində qərarlaşıb.
Bu il iyulun 1-nə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 72 milyard 595,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 9,1 % çoxdur. Hesabat tarixinə Fondun aktivləri isə 72 milyard 596 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 % çoxdur.