ARDNF istiqraz portfelində qısamüddətli alətlərin payını azaldıb

Maliyyə
  • 23 iyul, 2025
  • 15:40
ARDNF istiqraz portfelində qısamüddətli alətlərin payını azaldıb

Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarına yatırdığı investisiyaların 14,8 %-i 1 ilə qədər müddətə olan alətləri əhatə edib.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

İnvestisiyaların 26,9 %-i 1 ildən 3 ilə qədər, 26,2 %-i 3 ildən 5 ilə qədər, 29,4 %-i isə 5 ildən artıq müddətə olan alətlərə yatırılıb.

Ötən il iyulun 1-i ilə müqayisədə müddəti 1 ilə qədər olan alətlərin payı 5,7 faiz bəndi azalıb, müddəti 1 ildən 3 ilə qədər olan alətlərin payı 2,5 %, 3 ildən 5 ilə qədər müddətə olan alətlərin payı 1,9 faiz bəndi, müddəti 5 ildən artıq olan alətlərin payı isə 1,3 faiz bəndi artıb.