ARDNF investisiya portfelində AAA reytinqli alətlərin payını azaldıb

Maliyyə
  • 17 aprel, 2025
  • 16:42
ARDNF investisiya portfelində AAA reytinqli alətlərin payını azaldıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 46,5 %-i "AAA" reytinqli olub.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il aprelin 1-nə nisbətən 19,9 faiz bəndi azdır.

Əvəzində portfeldə AA reytinqli alətlərin xüsusi çəkisi 16,9 %-dən 23,4 %-ə, A reytinqli alətlərin xüsusi çəkisi 10,1 %-dən 17,3 %-ə, BBB reytinqli alətlərin payı 6,4 %-dən 12,4 %-ə, qeyri-investisiya dərəcəli alətlərin payı isə 0,2 %-dən 0,4 %-ə yüksəlib.