ARDNF-in investisiyalarının 27 %-dən çoxu 5 idən artıq müddətli alətlərdədir

Maliyyə
  • 17 aprel, 2025
  • 16:59
ARDNF-in investisiyalarının 27 %-dən çoxu 5 idən artıq müddətli alətlərdədir

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarına yatırdığı investisiyaların 15 %-i müddəti 1 ilə qədər olan alətlərə yerləşdirib.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, investisiyaların 32,8 %-i müddəti 1 ildən 3 ilə qədər, 24,7 %-i 3 ildən 5 ilə qədər, 27,5 %-i isə 5 ildən artıq müddətə olan alətlərdədir.

Ötən il aprelin 1-i ilə müqayisədə müddəti 1 ilə qədər lan alətlərin payı 8 faiz bəndi azalıb, 1 ildən 3 ilə qədər olan alətlərin payı 5,9 faiz bəndi, 3 ildən 5 ilə qədər olan alətlərin payı 1,6 faiz bəndi, 5 ildən artıq olan alətlərin payı isə 0,5 faiz bəndi artıb.