ARDNF-in investisiya portfelində Şimali Amerika ölkələrinin payı kəskin azalıb

Maliyyə
  • 23 iyul, 2025
  • 16:19
ARDNF-in investisiya portfelində Şimali Amerika ölkələrinin payı kəskin azalıb

Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Şimali Amerika ölkələrin payı 25,3 % təşkil edib.

"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-nə nisbətən 7,8 faiz bəndi azdır.

Əvəzində portfeldə Avropa ölkələrinin payı 0,7 faiz bəndi artaraq 31,4 %-ə çatıb.

Şərqi Asiya ölkələrinin payı 3,7 faiz bəndi azalaraq 9,1 %-ə, Afrika ölkələrinin payı 0,1 faiz bəndi azalaraq 0 %-ə düşüb, Yaxın Şərq ölkələrinin payı 1,3 faiz bəndi artaraq 1,4 % olub, Latın Amerikası ölkələrinin payı dəyişməyərək 0,1 % qalıb, Avstraliya və Yeni Zelandiyanın payı isə 0,2 faiz bəndi artaraq 0,9 % olub.

ARDNF-in investisiyalarında beynəlxalq maliyyə təşkilatlarının payı isə 7,6 %-dən 3 %-ə düşüb.

İyunun sonuna ARDNF-nin investisiya portfelinin dəyəri 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il iyunun sonu ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və yaxud 14,8 % çoxdur.