ARDNF-in investisiya portfelində əsas xarici valyutaların payı azalıb

Maliyyə
  • 28 yanvar, 2025
  • 14:05
ARDNF-in investisiya portfelində əsas xarici valyutaların payı azalıb

Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 60 milyard 29,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 3 milyard 964,1 milyon ABŞ dolları və ya 7,1 % çoxdur.

ARDNF-in investisiyalarının 39 milyard 937,9 milyon ABŞ dolları və yaxud 66,5 %-i elə Amerika valyutasındadır. Bu, 1 il əvvələ nisbətən 1 faiz bəndi azdır.

Ötən il investisiya portfelində avronun payı 0,1 faiz bəndi azalaraq 21,1 %-ə, ingilis funt sterlinqinin payı isə 0,4 faiz bəndi azalaraq 4,9 %-ə düşüb.

Əvəzində Çin yuanı və yapon yeni də daxil olmaqla digər xarici valyutaların payı 1,5 faiz bəndi artaraq 7,5 %-ə qalxıb.