ARDNF-in investisiya portfelində avronun payı artıb
- 23 iyul, 2025
- 14:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və yaxud 14,8 % çoxdur.
ARDNF-in investisiyalarının 66,5 %-i (44 milyard 215,9 milyon) ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 2,7 faiz bəndi azdır.
Əvəzində investisiya portfelində avronun payı 1,4 faiz bəndi artaraq 19,5 %-dən 20,9 %-ə (11 milyard 876,1 milyon), ingilis funt sterlinqinin payı 0,1 faiz bəndi artaraq 5 %-dən 5,1 %-ə (2 milyard 475,5 milyon), Çin yuanının payı 1 faiz bəndi artaraq 1,4 %-dən 2,4 %-ə (11 milyard 352,5 milyon) çatıb, yapon yeninin payı isə dəyişməyərək 1,4 % (130 milyon 154,6 min) qalıb.
Fondun investisiya portfelində digər xarici valyutaların payı isə 0,2 faiz bəndi artaraq 3,5 %-dən 3,7 %-ə (2 milyard 478,9 milyon dollar ekvivalentində) yüksəlib.