ARDNF-in investisiya portfelində avronun payı artıb
- 17 aprel, 2025
- 16:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 62 milyard 449,5 milyon ABŞ dolları təşkil edib.
"Report" Fonda istinadən xəbər verir ki, bu ötən il aprelin 1-i ilə müqayisədə 5 milyard 408,4 milyon ABŞ dolları və yaxud 9,5 % çoxdur.
Hazırda ARDNF-in investisiyalarının 66,1 %-i (41 milyard 274,7 milyon) ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 3,4 faiz bəndi azdır.
Əvəzində portfeldə avronun payı 2 faiz bəndi artaraq 19,4 %-dən 21,4 %-ə (12 milyard 218,5 milyon avro) yüksəlib.
Hesabat dövründə portfeldə ingilis funt sterlinqinin payı isə 0,2 faiz bəndi artaraq 4,9 %-dən 5,1 %-ə (2 milyard 430,8 milyon) çatıb.
İl ərzində portfeldə Çin yuanınln payı 1,4 faiz bəndi artaraq 2,5 % (11 milyard 275,7 milyon), yapon yeninin payı 0,2 faiz bəndi azalaraq 1,3 % (122 milyon 914,6 min) təşkil edib.
Digər xarici valyutaların payı isə dəyişməyərək 3,6 % (2 milyard 282,2 milyon ABŞ dolları ekvivalentində) olub.