"Aqroservis"in əmlakı qiymətləndiriləcək

Maliyyə
  • 29 iyul, 2022
  • 11:48
Aqroservisin əmlakı qiymətləndiriləcək

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC kənd təsərrüfatı texnikalarının və əmlakın qiymətləndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə 45,4 min manat ödəniləcək.