"Aqrarkredit" BOKT-un daşınmaz əmlakları hərraca çıxarılır

Maliyyə
  • 24 oktyabr, 2023
  • 06:17
Aqrarkredit BOKT-un daşınmaz əmlakları hərraca çıxarılır

Noyabrın 6-da, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan 30 daşınmaz əmlak 3-cü dəfə - 30 % güzəştli qiymətlə hərraca çıxarılacaq.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, həmin əmlaklar Bakının Nərimanov rayonunun Əliyar Əliyev küçəsində yerləşən, 174-235 kv.metrlik 6 mənzil, Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 296 kv.metrlik 1 fərdi yaşayış evi, Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən, 165 kv.metrlik 17 fərdi yaşayış evi, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 81 kv.metrlik qeyri-yaşayış binası və 2 hektarlıq torpaq sahəsi, Abşeron rayonunun Fatmayı qəsəbəsində yerləşən 1 hektarlıq torpaq sahəsi, Şamaxı şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən 65 kv.metrlik qeyri-yaşayış binası, Şamaxı rayonunun Əhmədli kəndində yerləşən 25 hektarlıq torpaq sahəsi və Gəncə şəhərinin Kəpəz rayonunun Üzeyir Hacıbəyli küçəsində yerləşən 239 kv.metrlik qeyri-yaşayış binasıdır. Əmlaklara ümumilikdə 3,601 milyon manat qiymət qoyulub. Hərrac iştirakçıları bu məbləğin 5 %-ni beh kimi ödəməlidir.

44 - Tezliklə