“Aqrarkredit” BOKT-a istiqrazlarının tədavül və ödənilmə müddətləri ilə bağlı öhdəlik qoyulub

Maliyyə
  • 05 oktyabr, 2023
  • 12:16
“Aqrarkredit” BOKT-a istiqrazlarının tədavül və ödənilmə müddətləri ilə bağlı öhdəlik qoyulub
İlham Əliyev

Prezident İlham Əliyev 7 avqust 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) dövlət zəmanəti əsasında emissiya etdiyi istiqrazların buraxılması, məbləği, müddəti və ödənilmə şərtlərində dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, istiqrazların tədavül və ödənilmə müddətləri qiymətli kağızların mülkiyyətçiləri və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdirilə bilər.

Xatırladaq ki, mövcud şərtlərə görə, istiqrazlar 30 il müddətinə, illik 0,15% gəlirliliklə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişlərinə güzəşt tətbiq edilmir və bu ödənişlər istiqrazlara mülkiyyət hüququ əldə edildiyi gündən başlayaraq hər il dekabr ayının sonuna qədər həyata keçirilir.

44 filmi