“Aqrar Tədarük və Təchizat” sığortaçı seçib

Maliyyə
  • 20 sentyabr, 2022
  • 05:36
“Aqrar Tədarük və Təchizat” sığortaçı seçib

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC yük avtomobillərinin 1 illik könüllü (KASKO) sığorta olunması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azərbaycan Sənaye Sığorta" ASC-dir.

Qalib şirkətə 14,8 min manat ödəniləcək.