"Aqrar Tədarük və Təchizat" sığortaçı seçib

Maliyyə
  • 05 mart, 2022
  • 11:45
Aqrar Tədarük və Təchizat sığortaçı seçib

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC avtomobillərinin KASKO sığortası ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "PAŞA Sığorta" ASC-dir.

Qalib şirkətə 26,7 min manat ödəniləcək.