Aqrar Sığorta Fondu auditor seçir

Maliyyə
  • 21 fevral, 2024
  • 09:09
Aqrar Sığorta Fondu auditor seçir

Aqrar Sığorta Fondu auditor xidməti üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 41,33 manatdır.

İddiaçılar təkliflərini martın 11-i, saat 15:00-a qədər Fondun Bakı şəhəri, "8 Noyabr" prospekti, 175 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə martın 11-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.