Nazir müavini: “Kənd təsərrüfatı məhsullarının istehsalına verilən güzəşt milyard manatlarla ölçülür”

Maliyyə
  • 25 dekabr, 2018
  • 08:15
Nazir müavini: “Kənd təsərrüfatı məhsullarının istehsalına verilən güzəşt milyard manatlarla ölçülür”
Vergilər nazirinin müavini Sahib Ələkbərov
Report

Bakı. 25 dekabr. REPORT.AZ/ "1999-cu ildən bu günə qədər biz kənd təsərrüfatı məhsullarının istehsalına güzəşt edirik”.

“Report” xəbər verir ki, bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

A.Ələkbərov deyib ki, bundan sonra daha 5 il müddətinə bu güzəşt davam edəcək.

“Bu vaxta qədər aqrar sahəyə verdiyimiz güzəşt milyard manatlarla ölçülür", - Sahib Ələkbərov vurğulayıb.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir.