Anar Kərimov: "Mənzil təminatı üçün maliyyələşmə əlçatan və dayanıqlı olmalıdır"

Maliyyə
  • 21 may, 2026
  • 10:07
Anar Kərimov: Mənzil təminatı üçün maliyyələşmə əlçatan və dayanıqlı olmalıdır

Mənzil təminatı üçün maliyyələşmə əlçatan və dayanıqlı olmalıdır.

"Report" xəbər verir ki, bunu maliyyə nazirinin I müavini, İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının üzvü Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər dünya əhalisinin 30 %-nin mənzil təminatına ehtiyacı olacaq: "Bu istiqamətdə Azərbaycanda bəzi innovativ mexanizmləri tətbiq etməyə çalışıb. Yerli maliyyə mühümdür. Son 20 ildə ev dayanıqlılığı sistemi təmin edib. 58 min ipoteka müqaviləsi bağlanılıb".

"Mənzil maliyyələşməsini necə əlverişli, inklüziv, dayanıqlı və maliyyə baxımından səmərəli edə bilərik? Çörçil deyərdi: "Biz binalarımızı formalaşdırırıq, sonra isə onlar bizi formalaşdırır". Beləliklə, indi biz gələcəyimizi formalaşdırmağı müzakirə edirik. Mənzil siyasəti artıq yalnız binalar haqqında deyil; bu, ləyaqət, həm də fürsət haqqındadır. Bəs gənc ailə necə gələcək qura bilər, icmalar necə sosial cəhətdən sabit qala bilər və ən əsası, artım necə həqiqətən inklüziv ola bilər? Bəlkə də ən diqqətçəkən statistik göstərici budur ki – və mən bunu forumun ilk günlərində çox eşitdim – 2030-cu ilə qədər təxminən 3 milyard insanın mənzilə ehtiyacı ola bilər", - dey A.Kərimov əlavə edib.

Bundan başqa, nazir müavini deyib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərini bərpa edir, bu istiqamətdə 10 milyard ABŞ dollarından çox vəsaiti ev və mənzil tikintisinə yönəldib: "Buna təkcə sosial məsələ kimi deyil, eyni zamanda inkişaf kimi baxırıq".

44 filmi