Amin Əl-Saadi: "Böhranlara qarşı dayanıqlılıq artıq rəqabət üstünlüyü deyil"
- 16 iyun, 2026
- 12:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Böhranlara qarşı dayanıqlılıq artıq rəqabət üstünlüyü deyil, halal sənayedə fəaliyyət göstərən şirkətlərin sağ qalması üçün zəruri şərtə çevrilib.
"Report" xəbər verir ki, bunu "Halal Products Development Company"nin investisiyalar üzrə direktoru Amin Əl-Saadi Bakıda İslam İnkişaf Bankı (İsDB) Qrupunun illik toplantısı çərçivəsində halal iqtisadiyyatın inkişafına həsr olunmuş forumda bildirib.
Onun sözlərinə görə, son qlobal böhranlar göstərib ki, dünyanın bir hissəsində baş verən istənilən sarsıntılar bütün dünyadakı şirkətlərə və bazarlara təsir etmək iqtidarındadır: "Bununla əlaqədar olaraq, biznes dayanıqlılıq mexanizmlərini əvvəlcədən öz inkişaf strategiyalarına inteqrasiya etməlidir".
A.Əl-Saadi qeyd edib ki, dayanıqlılığın əsas amillərindən biri tədarük zəncirlərinin və satış bazarlarının şaxələndirilməsidir ki, bu da mümkün böhranların və fasilələrin nəticələrini minimuma endirməyə imkan verir.
O, həmçinin investorlar, kreditorlar, təchizatçılar və istehsalçılar arasında strateji tərəfdaşlığın, eləcə də səmərəli korporativ idarəetmənin vacibliyini vurğulayıb: "Şirkət həqiqətən etik və halal prinsiplərinə riayət etdikdə daha dayanıqlı olur, çünki fəaliyyətini etimad, dürüstlük və uzunmüddətli dayanıqlılıq üzərində qurur".