​AMB: Sabah dolların rəsmi məzənnəsi 1,4918 manat olacaq

Maliyyə
  • 31 may, 2016
  • 13:14
​AMB: Sabah dolların rəsmi məzənnəsi 1,4918 manat olacaq

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının iyunun 1-nə rəsmi məzənnəsini 1,4918 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən "Report"a verilən məlumata görə, bu, gündəlik 0,08% artım deməkdir.

Qeyd edək ki, mayın 31-də rəsmi məzənnə 1,4906 AZN/USD səviyyəsində olub.

44 - Tezliklə