AMB: Sabah dolların məzənnəsi 1,6028 manat olacaq

Maliyyə
  • 27 yanvar, 2016
  • 13:18
AMB: Sabah dolların məzənnəsi 1,6028 manat olacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının yanvarın 28-nə rəsmi məzənnəsini 1,6028 USD/AZN müəyyən edib. Bu, gündəlik 0,14% azalma deməkdir.

Bu barədə AMB-dən "Report"a verilən məlumatda bildirilir.

Qeyd edək ki, bu gün rəsmi məzənnə 1,6050 USD/AZN səviyyəsində olub.