AMB rəsmisi: "Türk dövlətlərinin sığorta sektorunda birgə fəaliyyətinə geniş imkanlar var"

Maliyyə
  • 28 oktyabr, 2025
  • 10:49
AMB rəsmisi: Türk dövlətlərinin sığorta sektorunda birgə fəaliyyətinə geniş imkanlar var

Prezident İlham Əliyevin türk dövlətləri arasında strateji və iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı uğurlu adımlar müxtəlif sahələrdə olduğu kimi sığorta sektorunda də türk dövlətlərinin birgə və qarşılıqlı fəaliyyəti üçün geniş imkanlar yaradıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin rəhbərlərinin bu istiqamətdə göstərdiyi təşəbbüslər xüsusilə əhəmiyyətlidir: "Bu gün iştirak etdiyimiz "InshurTech" zirvəsi türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin bariz nümunəsi olmaqla birgə innovasiya və rəqəmsal platformaların qurulmasına xidmət edir. Münasir dünyamızda sığırta yalnız maliyyə sabitliyinin mühüm dağı kimi deyil, həmçinin cəmiyyətin sosial rifahına və gələcəyə inanını təmin edən strateji mexanizmdir".

Bundan başqa, AMB rəsmisi deyib ki, sığorta sektorundakı inqilabi dəyişikliklər hüquqi, etik və təhlükəsizlik məsələlərini gündəmə gətirir. "Inshurtech"lər ənənəvi standart məhsullardan fərqli olaraq, fərdi ehtiyaclara uyğunlaşdırılmış sığorta həllərini real vaxt rejimində risk qiymətləndirmələri və şəffaf xidmətləri ilə təqdim edir. Rəqabət mühitinin güclənməsi, müştərlərin tələblərinin artması və rəqəmsallaşmanın sürətlənməsi "Inshurtech"ləri sektorun aparıcı qüvvəsinə çevirib. Bu gün sığorta ənənəvi və klassik prinsiplərlə deyil, texnologiyanın gətirdiyi yeniliklərlə formalaşır. Süni intellekt, "big data" analitikası, blokçeyn kimi yeni texnologiyalar sığorta proseslərini daha səmərəli, şəffaf hala gətirir. Bu, təkcə sığortaçılar üçün deyil, həm də sığortalılar və bu sahənin digər iştirakçıları üçün daha sürətli xidməti, fərdləşmiş təklifləri və əlçatanlığı təmin edir".

Son xəbərlər

Bütün Xəbər Lenti