AMB-nin sədri: "Kompleks islahatlar milli iqtisadiyyatımızı gücləndirir"
- 19 noyabr, 2025
- 13:08
Azərbaycanda həyata keçirilən kompleks islahatlar milli iqtisadiyyatımızı gücləndirir və əhalinin sosial-iqtisadi rifahını daha da yüksəldir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"2025-ci il Konstitutsiya və suverənlik ili olaraq Azərbaycanın müstəqillik tarixində xüsusi rol olunur. Böyük qürur hissi ilə deyə bilərəm ki, 2025-ci il ötən dövrü Azərbaycan xalqı və dövlətimiz üçün uğurlu olub. Şanlı qələbəmizin 5-ci ilində Müzəffər Ali başkomandan Canab İlham Əliyevin apardığı uzaq görən və qətiyyətli siyasət səhəsində Azərbaycan dünya tarixinə yeni, parlaq səhifələr yazmağa davam edir.
Möhtərəm Prezidentimizin bu il ABŞ-da imzaladığı sülh sazişi ölkəmizin beynəlxalq nüfuzunu yüksəldib və strateji tərəfdaş mövqeyini möhkəmləndirib. Bu saziş regional sabitlik və əməkdaşlığa da ciddi tövhələr verib. Cari ildə Böyük Qayıdış proqramı uğurlu icra olunub, Qarabağ və Şərqi Zəngəzurda mühüm infrastruktur layihələri davam edib. Bu proqram çərçivəsində minlərlə ailə öz doğma torpaqlarını qayıdıb, bu ərazilərdə ən müasir sosial-iqtisadi infrastruktur qurulub.
Biz son 5 il ərzində bu ərazilərin iqtisadi sistemə sürətli inteqrasiyasınıb şahidi oluruq. Bugün Şuşa və Xankəndi şəhərləri qlobal və regional miqyasda keçirilən mühüm tədbirlərə ev sahibliyi edir, müasir elm və mədəniyyat mərkəzinə çevrilir. Bütün bunlar nəticəsində Azərbaycan iqtisadiyyatı sabit, dayanıqlı, inkluziv inkişafına davam edir", - deyə o qeyd edib.