AMB-nin not hərracında tələb təklifi 3 dəfə ustələyib

Maliyyə
  • 30 avqust, 2017
  • 13:48
AMB-nin not hərracında tələb təklifi 3 dəfə ustələyib
Report

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 150 mln. manat (50100260S) həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” bu barədə banka istinadən xəbər verir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99,2278 manat (10,01%) olan 21 sifariş təqdim edilib. AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,2278 manat (10,01%), orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib. İstiqrazlara real tələbatın nominal qiymətlə ümumi həcmi 450 174 500 manat, yerləşdirilmiş həcmi isə 150 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 27 sentyabr 2017-ci ildir.