AMB "MFX-Trading İnvestisiya Şirkəti"nə lisenziya verib

Maliyyə
  • 28 oktyabr, 2020
  • 10:54
AMB MFX-Trading İnvestisiya Şirkətinə lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "MFX-Trading İnvestisiya Şirkəti" ASC-yə lisenziya verilib.

“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 10-a çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”ni bu ilin avqust ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumu “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayev, Müşahidə Şurasının sədri İbrahim Ziyad oğlu Səfərzadə, üzvləri isə İdris Elman oğlu Məmmədov və Anar Malik oğlu Təhməzovdur.