AMB: "Katastrofik risklərin modelləşdirilməsi layihəsi"nin icrası yekunlaşıb

Maliyyə
  • 28 oktyabr, 2025
  • 14:19
AMB: Katastrofik risklərin modelləşdirilməsi layihəsinin icrası yekunlaşıb

Azərbaycanda "Katastrofik risklərin modelləşdirilməsi layihəsi"nin icrası yekunlaşıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində bildirib.

"Bizim üçün katastrofik risklər önəmlidir. Çünki Azərbaycan seysmik baxımdan aktiv ərazidə yerləşir. Sığortaçıların qəbul etdiyi, üzərinə götürdüyü risklər modelləşdirilə bilər. Layihənin hesabına katastrofik risklər üçün vəsaitlərin məbləğinin müəyyənləşdirilməsi və transfer edilməsi imkanları artırılıb. İctimaiyyətə açıqlama üzrə həyata keçirilən dəyişiklikləri də qeyd etmək olar. Artıq sığortaçılar geniş ictimaiyyətə həm özlərinin biznes əməliyyatları, korporativ idarəetmələri, maliyyə dayanıqlılıqları və vəziyyəti ilə bağlı geniş məlumatlar açıqlayacaqlar", - deyə o qeyd edib.

Bundan başqa, AMB rəsmisi deyib ki, sığorta sektorunda İFRS standartlarının tətbiqi ilə bağlı layihə yekunlaşmaqdadır: "Burada da İFRS standartlarına cavab verən tam-vahid hesablar planı tətbiq ediləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti