AMB iyunda valyuta bazarına 394 milyon dollarlıq alışyönlü müdaxilə edib
- 01 iyul, 2026
- 17:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyun ayında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında 394 milyon ABŞ dolları məbləğində alış yönlü əməliyyat aparıb.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, aprel ayında qurumun alış yönlü müdaxiləsi 1 milyard ABŞ dolları olub. Həmin bu əməliyyatlar, həm də valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində ötən ay AMB-nin valyuta ehtiyatları 445 milyon ABŞ dolları, ilin əvvəlindən isə 1,64 milyard ABŞ dolları artıb.
Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə valyuta bazarında alış və yaxud satış yönlü əməliyyatlarda iştirak davam etdiriləcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq.