AMB dolların rəsmi məzənnəsini sabit saxlayıb

Maliyyə
  • 21 sentyabr, 2016
  • 13:12
AMB dolların rəsmi məzənnəsini sabit saxlayıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının sentyabrın 22-nə rəsmi məzənnəsini 1,6331 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən "Report"a verilən məlumata görə, bu, məzənnənin dəyişməməsi deməkdir.

Qeyd edək ki, sentyabrın 21-nə rəsmi məzənnə 1,6331 AZN/USD səviyyəsində olub.