AMB dolların rəsmi məzənnəsini dəyişməyib

Maliyyə
  • 23 noyabr, 2016
  • 13:07
AMB dolların rəsmi məzənnəsini dəyişməyib

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 24-nə rəsmi məzənnəsini 1,7146 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən "Report"a verilən məlumata görə, bu, məzənnənin dəyişməməsi deməkdir.

Qeyd edək ki, noyabrın 23-də də rəsmi məzənnə 1,7146 AZN/USD olub.