AMB dolların rəsmi məzənnəsini dəyişməyib

Maliyyə
  • 28 sentyabr, 2016
  • 13:02
AMB dolların rəsmi məzənnəsini dəyişməyib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının sentyabrın 29-na rəsmi məzənnəsini 1,6252 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən "Report"a verilən məlumata görə, bu, məzənnənin dəyişməməsi deməkdir.

Qeyd edək ki, sentyabrın 28-də də rəsmi məzənnə 1,6252 AZN/USD səviyyəsində olub.