AMB "Data Warehouse"dan "Data Lake"ə keçid edəcək

Maliyyə
  • 19 noyabr, 2025
  • 16:52
AMB Data Warehousedan Data Lakeə keçid edəcək

Yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankı (AMB) "Data Warehouse"dan "Data Lake"ə keçid edəcək.

"Report" xəbər verir ki, bunu AMB-nin data əməliyyatları və analitika şöbəsinin müdiri Elmir Həsənli Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda bildirib.

Onun sözlərinə görə, qurum bir sıra yeni texnologiyalar tətbiq edir: "Bunlardan ən əsası kimi AMB-nin yeni vizualizasiya alətinə keçməsini qeyd etmək istəyirəm. Bu vizualizasiya alətinin iki ən əsas müsbət tərəfləri var. Əvvəla hesabatlar daha interaktiv bir görünüşə malikdir. Digər tərəfdən isə artıq hər bir istifadəçi bu alətdən istifadə edə bilir. Yəni hər hansı bir hesabatın alınması, tərtib edilməsi üçün qurumda yaradılmış data departamentinə, analitiklərinə müraciət olunmur. Özləri hesabat hazırlaya bilir".

AMB rəsmisi əlavə edib ki, qurum artıq risk əsaslı nəzarət sisteminə keçid edib: "Bunun çərçivəsində əsas görülən işlərdən biri nəzarət etdiyimiz strukturlardan məlumatların sadəcə hesabat, aqreqativ hesabat olaraq yox, "datapoint" olaraq toplanılmasıdır. Bu da bizə gələcəkdə daha qabaqcıl analitik alətlərin istifadəsinə imkan yaradacaq. Biz artıq real vaxt rejiminə yaxın bir zamanda məlumat toplayırıq. Bunlar API vasitələrlə həyata keçirilir".

Son xəbərlər

Bütün Xəbər Lenti