AMB bir sığorta şirkətinə və bir sığorta agentinə icrası məcburi sərəncamlar verib

Maliyyə
  • 10 iyul, 2025
  • 16:38
AMB bir sığorta şirkətinə və bir sığorta agentinə icrası məcburi sərəncamlar verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agentinə icrası məcburi sərəncamlar verib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, "Atasığorta"da aparılan monitorinq zamanı kibertəhlükəsizlik tələblərinin pozulduğu aşkar edilib. Fiziki şəxs Alıyev Habil Cəfər oğlunun isə fəaliyyəti ilə bağlı rüblük hesabatı yanlış təqdim etdiyi aşkarlanıb.