AMB: Bank sektorunun likvidlik mövqeyi komfort zonadadır

Maliyyə
  • 13 oktyabr, 2026
  • 18:07
AMB: Bank sektorunun likvidlik mövqeyi komfort zonadadır

Azərbaycanın bank sektorunun likvidlik mövqeyi komfort zonadadır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, bu ilin I yarısında məcmu likvidliyin örtülmə əmsalı (LCR) 2025-ci ilin sonu ilə müqayisədə 6 faiz bəndi artaraq 160 %, milli valyutada isə 11 faiz bəndi artaraq 138 % təşkil edib. Həm məcmu, həm də manatda LCR göstəricisi üzrə bütün banklar minimum requlyativ tələbi üstələyib (2026-cı ilin iyun ayının sonuna məcmu və manatda LCR üzrə minimum tələblər müvafiq olaraq 100 % və 70-80 % təşkil edir).

2025-ci ilin sonu ilə müqayisədə sektor üzrə yüksək keyfiyyətli likvid aktivlər 13 % (1,9 milyard manat) artaraq 17 milyard manat təşkil edib, sektorun xalis nağd ödənişləri isə 9 % (908 milyon manat) artaraq 10,6 milyard manat olub. Bankın likvidlik göstəricilərindəki artımın əsas səbəbi yüksək keyfiyyətli likvid aktivlərin artımıdır ki, bunun da əsas drayveri overnayt depozitlər və AMB-də repo çərçivəsində yerləşdirilmiş depozitlərdir.

44 filmi