AMB: Bank maliyyələşdirməsi kapital bazarı maliyyələşdirməsindən üstün tutulur

Maliyyə
  • 07 oktyabr, 2025
  • 16:12
AMB: Bank maliyyələşdirməsi kapital bazarı maliyyələşdirməsindən üstün tutulur

Azərbaycandakı təşkilatlar bank maliyyələşdirməsini kapital bazarı maliyyələşdirməsindən üstün tuturlar.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İnkişaf etməkdə olan bazarlarda İslam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: müxtəlif regionların təcrübəsi və çıxarılan dərslər" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var: "Azərbaycanda kapital bazarını canlandırmaq üçün görülən tədbirlər, sonda sukuk və "yaşıl istiqraz"lar şəklində alternativ maliyyələşdirmə alətlərinin inkişafı ilə bəhrəsini verəcək. Biz inanırıq ki, kapital bazarı yeni səviyyəyə qalxacaq".

AMB rəsmisi əlavə edib ki, hazırda müxtəlif qanunvericilik aktlarına düzəlişlər hazırlanaraq rəy almaq üçün banklara göndərilib: "Qrafikimizə görə, bu ilin sonuna qədər düzəlişlərin hazırlanmasını tamamlamağı və onları razılaşdırma, hökumətlərarası razılaşdırma prosedurlarına təqdim etməyi planlaşdırırıq. Ümid edirik ki, növbəti ildə biz qanunvericilik bazasını və İslam bankçılıq xidmətləri göstərən bankları görəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti