AMB Almaniyada strategiya və innovasiya üzrə ekspert panelində iştirak edib

Maliyyə
  • 30 iyun, 2026
  • 16:15
AMB Almaniyada strategiya və innovasiya üzrə ekspert panelində iştirak edib

Azərbaycan Mərkəzi Bankının (AMB) Strategiya və layihə idarəolunması departamentinin direktoru Fuad Cəfərov Almaniya Mərkəzi Bankının (Bundesbank) təşkil etdiyi Strategiya və innovasiya üzrə ekspert panelində iştirak edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, o, maliyyə sektorunun transformasiyasına yönəlmiş "2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf Strategiyası"nın hazırlanması və icrası sahəsində AMB-nin təcrübəsini iştirakçılarla bölüşüb. O, Strategiyada qeyd olunan prioritetlər və məqsədlərin maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsindəki rolundan danışıb. Direktor Strategiyanın maliyyə sektorunda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, eləcə də şәffaflıq və dayanıqlılığının gücləndirilməsini hədəflədiyini bildirib.

Bir sıra mərkəzi bankların nümayəndələrinin qatıldığı tədbirdə strateji idarəetmə, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının idarəetmədə tətbiqi, layihə və proqram portfellərinin idarə olunması, eləcə də təşkilati inkişaf istiqamətlərində qabaqcıl beynəlxalq təcrübələr və müasir yanaşmalar müzakirə edilib. Panel strategiya və innovasiya istiqamətlərində qabaqcıl təcrübələrin paylaşılması, peşəkar dialoqun genişləndirilməsi və mərkəzi banklar arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma olub.