AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

Maliyyə
  • 15 dekabr, 2025
  • 11:16
AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 849,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 361,4 milyon pul köçürülüb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % çox və 11,5 % azdır.

AMB rəsmisi qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (343,9 milyon ABŞ dolları), Türkiyə (140,3 milyon ABŞ dolları), ABŞ (74,1 milyon ABŞ dolları), Böyük Britaniyadan (30,7 milyon ABŞ dolları) və Gürcüstandan (30,5 milyon ABŞ dolları) daxil olub.

Bundan başqa, onun sözlərinə görə, 9 ay ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (104,5 milyon ABŞ dolları), ABŞ (55,7 milyon ABŞ dolları), Rusiya (34,3 milyon ABŞ dolları), Böyük Britaniya (20,5 milyon ABŞ dolları) və Gürcüstan (19,8 milyon ABŞ dolları) qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti