Alpaslan Çakar: "Qarşıdakı dövrdə süni intellekt banklar üçün əsas "yanacağa" çevriləcək"

Maliyyə
  • 19 noyabr, 2025
  • 11:03
Alpaslan Çakar: Qarşıdakı dövrdə süni intellekt banklar üçün əsas yanacağa çevriləcək

Türkiyənin bank sektorunun məcmu həcmi 1 trilyon ABŞ dollarını ötür.

"Report" xəbər verir ki, bunu Türkiyə Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Alpaslan Çakar Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda bildirib.

Onun sözlərinə görə, Türkiyənin bank sektorunun dünyanın 30-dan çox ölkəsində investisiyaları var. Eyni zamanda, Türkiyənin özündə təxminən 20 ölkənin, əsasən kontinental Avropa ölkələrinin bankları və ya filialları fəaliyyət göstərir.

"Bizim ölkəmiz kimi ölkələrdə rəqəmsallaşma və süni intellekt inkişafın vacib elementlərinə çevrilib. Bu gün bu, həm bizim ölkəmizdə, həm də dünyada əsas mövzudur. Və biz başa düşürük ki, qarşıdan gələn dövrdə bank sektorunun əsas "yanacağı" verilənlər, bu prosesin hərəkətverici qüvvəsi isə süni intellekt olacaq. Banklar arasındakı fərq isə onların bu texnologiyalardan nə dərəcədə təhlükəsiz və etibarlı şəkildə istifadə edərək müştəri üçün real dəyər yarada bilmələri ilə müəyyən olunacaq", - A.Çakar qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti