"Alfa Sığorta"nın icbari avtosığorta üzrə lisenziyası bərpa edilib
- 18 yanvar, 2016
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 yanvar. REPORT.AZ/ “Alfa Sığorta” ASC-nin bu gündən etibarən Maliyyə Nazirliyi tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə fəaliyyət göstərmək üçün lisenziyası bərpa edilərək, fiziki və hüquqi şəxslərə bu sığorta növü üzrə xidmət göstərmək hüququ verilib.
"Report"un verdiyi xəbərə görə, yeni iqtisadi şəraitdə “Alfa Sığorta”nın məqsədi sığorta mədəniyyətinin inkişaf etdirilməsi və sığorta xidmətinin yüksək peşəkarlıq göstərərək müştərilərin şəxsi və əmlak mənafelərini qorumaqdır.
Qeyd edək ki, 100% təsisçisi “Texnikabank” ASC olan “Alfa Sığorta” 1997-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında 33 könüllü və 4 icbari sığorta növü üzrə fəaliyyət göstərir.