AKBA: İnvestisiya şirkətləri maliyyə sektorunun istiqrazlarını almaqda maraqlıdır
- 29 yanvar, 2026
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandakı investisiya şirkətləri maliyyə sektorunun buraxdığı istiqrazları öz portfellərinə daxil etməkdə maraqlıdır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyinin Direktorlar Şurasının sədri Orxan Bağırov Bakıda keçirilən 1-ci İnvestor-Mikromaliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, investisiya şirkətləri 5 milyon manata qədər istiqraz portfeli formalaşdırmağa hazırdır: "10 il əvvəllə müqayisədə bu bazar kifayət qədər böyüyüb, likvidliyi artıb. Bütün mikromaliyyə təşkilatlarını investisiya şirkətləri üzərindən vəsait cəlb etməyə çağırardım. Bu, olduqca vacibdir. İstiqraz kütləvi buraxılır və bütün bazar həmin təşkilatın hansı məbləğdə, hansı müddətdə borclana bildiyini görür. Bu, bazara verilmiş konkret mesajdır. Sabah həmin təşkilatların ikitərəfli borc razılaşmalarında da bu bazardan borclana bildikləri faiz kifayət qədər güclü bençmark rolu oynayır".