AKBA: Bazarın dərinliyini artırmaq üçün islahatlara ehtiyac var

Maliyyə
  • 29 yanvar, 2026
  • 12:15
AKBA: Bazarın dərinliyini artırmaq üçün islahatlara ehtiyac var

Azərbaycanda kapital bazarının dərinliyini artırmaq üçün islahatlara ehtiyac var.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyinin Direktorlar Şurasının sədri Orxan Bağırov bildirib.

"Kapital bazarının dərinliyini artırmaq borclanma faizindən də asılıdır. Bizdə bu faizlər çox yüksəkdir və Çünki maliyyə təşkilatları risklərin idarə olunması üçün ən effektiv hesab elədikləri, itirilmə riskini nəzərə aldıqları faizlər tətbiq edirlər. Əgər gələcəkdə bu riskləri idarə eləmək daha da asanlaşarsa, o zaman biz faizlərin aşağı düşmə tendensiyasını görə bilərik. Əlbəttə ki, bu da dərinliyi artıracaq", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, hal-hazırda Azərbaycanın kapital bazarlarıa genişlənmə mərhələsindədir: "Bizdə infrastrukturun qurulmasına, qanunvericilik bazasının hazırlanmasına, yəni təcrübələrdən formalaşmış ilkin infrastrukturu yaratmağa kifayət qədər çox vaxt gedib. Amma mənə elə gəlir ki, artıq, bu infrastrukturun istifadəsi, ondan faydalanma və kapital bazarlarının genişlənmə mərhələsindəyik".

"Azərbaycanda yerli investorların bazara cəlbi asan deyil. Çünki iqtisadiyyatla bağlı suallar var. İnsanları ən çox narahat edən məqam manatın məzənnəsi ilə bağlıdır. Amma devalivasiyanın üzərindən uzun illər keçib, manatın məzənnəsi sabitdir. İnvestorların məzənnə qorxusu ilə risk etməməsi ancaq onların mümkün gəlirlərdən kənarda qalmaqlarına səbəb olur. Bütün görülmüş tədbirlər əslində yerli investisiyanın bazarda çoxalmasına gətirib çıxaracaq", - deyə O.Bağırov əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti