AIIB mənzillərin maliyyələşdirilməsi üçün əsas maneələri açıqlayıb

Maliyyə
  • 20 may, 2026
  • 13:57
AIIB mənzillərin maliyyələşdirilməsi üçün əsas maneələri açıqlayıb

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) əlçatan mənzillə təminat problemini aradan qaldırmaq üçün üç əsas prioritet istiqamət müəyyən edib.

"Report" xəbər verir ki, bunu AIIB-nin tərəfdaşlıq üzrə baş mütəxəssisi Pin Yen Çea Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.

"Əlçatan mənzillərin maliyyələşdirilməsini əngəlləyən üç əsas maneə mövcuddur: maliyyələşdirmə almaq üçün tələblərə cavab verən layihələrin çatışmazlığı, onların hazırlanması mərhələsində dəstəyin kifayət qədər olmaması, eləcə də özəl kapitalın səfərbər edilməsi alətlərinin - qarışıq maliyyələşdirmə, zəmanət mexanizmləri və kredit keyfiyyətinin artırılması vasitələrinin məhdud tətbiqi", - o vurğulayıb.