AIF-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Maliyyə
  • 20 iyul, 2017
  • 11:04
AIF-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Bakı. 20 iyul. REPORT.AZ/ Sabah Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) AZ2019008682 dövlət qeydiyyat nömrəli, adlı, sənədsiz, faizli istiqrazlarının kütləvi satışı üzrə növbəti hərrac keçiriləcək.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 25 min ədəd istiqraz çıxarılacaq.

Qiymətli kağızlar 1 008,83 manat qiymətlə təklif olunacaq. Sifariş təklifdən çox olsa mütənasib qaydada təmin ediləcək.

Qeyd edək ki, istiqrazlar 7 560 gün dövriyyədə olacaq. Onların illik gəlirliliyi 3%-dir. 

44 - Tezliklə