AİF-in 50 mln. manatlıq istiqrazları qeydə alınıb

Maliyyə
  • 22 noyabr, 2016
  • 06:09
AİF-in 50 mln. manatlıq istiqrazları qeydə alınıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin istiqraz emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd (50 mln. manatlıq) sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının baza emissiya prospektinin təsdiq edilməsini nəzərdə tutur.