AİF 100 mln. manatlıq istiqraz emissiyası üzrə ikinci tranşı yerləşdirməyə hazırlaşır

Maliyyə
  • 18 aprel, 2017
  • 09:09
AİF 100 mln. manatlıq istiqraz emissiyası üzrə ikinci tranşı yerləşdirməyə hazırlaşır

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 15 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” AİF-ə istinadən xəbər verir ki, qiymətli kağızlar 1001,17 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospektini 6 mart 2017-ci il tarixində dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçirilir. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir. 

44 filmi