AİF 100 mln. manatlıq istiqraz buraxır

Maliyyə
  • 05 sentyabr, 2017
  • 12:26
AİF 100 mln. manatlıq istiqraz buraxır

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 8-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” AİF-ə istinadən xəbər verir ki, istiqrazlar 1 000 manat qiymətlə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in istiqrazlarının baza emissiya prospektini avqustun 16-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, ilik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərəcək.