AİB “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq üçün yeni istiqamətlər təklif edib
- 11 iyul, 2019
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
“Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr gələcəkdə iqlim və innovasiyalar sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət ayırmalıdırlar”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak Batumidə keçirilən “Şərq tərəfdaşlığı” üzrə Birinci İnvestisiya Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, iqlim Avropa və bölgə üçün olduqca əhəmiyyətli məsələdir: “Şərq tərəfdaşlığı” ölkələri iqlim komponenti olan layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməlidirlər”.
V.Hudak qeyd edib ki, innovasiya sahəsi Aİ-nin “Şərq tərəfdaşlığı” üzrə tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına dəstək ola bilər: “Avropa İttifaqı bu sahəyə xüsusi önəm verir. Çin və digər iri ölkələrə rəqabət aparmaq üçün innovasiyaların inkişafı olduqca önəmlidir”.
AİB-in vitse-prezidenti deyib ki, ölkə iqtisadiyyatlarının rəqabətə davamlı və innovativ olması üçün insan kapitalına daha çox investisiya yatırılmalıdır.